Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrail XİN Rusiya səfirini məsxərəyə qoydu: " Gülməmək üçün özümü saxladım"
dünya

İsrail XİN Rusiya səfirini məsxərəyə qoydu: " Gülməmək üçün özümü saxladım"

19-02-2026 13:00 24 Просмотров
IMG

İsrailin xarici işlər naziri BMT Təhlükəsizlik Şurasında Rusiyanın səfirini tənqid edib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

“Rusiya nümayəndəsinin beynəlxalq hüquq, ərazilərin işğalı və ilhaqı, həmçinin münaqişələrin sülh yolu ilə həlli barədə danışmasını eşitmək qəribə idi. Onun çıxışı zamanı ucadan gülməmək üçün özümü güclə saxladım”, - deyə İsrailin xarici işlər naziri Gideon Saar Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş və nazirlərin iştirak etdiyi BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

 

Aysel Şirinova