Ukrayna Ali Radasında deputatlar arasında kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Tvit.az xəbər verir ki, bu barədə Ali Radanın üzvü Telegram kanalında bildirib.
Məlumata əsasən, bəzi deputatlar zəhərlənmə səbəbindən iclaslarda iştirak edə bilməyiblər.
Onların mətbəxdəki qidalardan zəhərləndikləri ehtimal edilib. Hadisə səbəbilə fevralın 24-dək bütün səsvermələr ləğv edilib.
Aysel Şirinova