Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Təbii fəlakət nəticəsində ölənlərin sayı 16-a çatdı - Bu ölkədə
dünya

Təbii fəlakət nəticəsində ölənlərin sayı 16-a çatdı - Bu ölkədə

12-02-2026 22:00 11 Просмотров
IMG

Portuqaliya son günlər misli görünməmiş güclü fırtınalarla üz-üzə qalıb. Təbii fəlakət nəticəsində azı 16 nəfər həyatını itirib, on minlərlə insan isə elektrik enerjisiz qalıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi Portuqaliyanın Koimbra bölgəsində Mondego çayında su səviyyəsinin kritik həddə çatması səbəbindən 3 mindən çox sakin təxliyə edilib. Sel sularının təzyiqinə tab gətirməyən bəndin dağılması nəticəsində ölkənin əsas avtomobil yollarından biri olan A1 magistralının bir hissəsi çöküb.

 

Yanvar ayının sonundan başlayan və alimlərin “yaşayan nəslin yaddaşında ən uzun sürən fırtına silsiləsi” adlandırdığı bu ekstremal hava şəraiti əsasən ölkənin mərkəzi və cənub bölgələrini əhatə edib. Fırtınalar nəticəsində 33 min nəfər işıqsız qalıb.

 

İlkin hesablamalara görə, təbii fəlakət Portuqaliyaya təxminən 775 milyon avro həcmində maddi ziyan vurub. Ölkədə iqlim dəyişikliklərinə uyğunlaşma ilə bağlı tədbirlərin gücləndirilməsi çağırışları davam etdirilir.

 

Aysel Şirinova