Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
sosial

YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək

12-02-2026 19:00 15 Просмотров
IMG

Hakim Yeni Azərbaycan Partiyası (YAP) yaxın vaxtlarda bir araya gələrək Ramiz Mehdiyev barəsində müvafiq qərar qəbul etməyi planlaşdırır.

 

Tvit.az xəbər verir ki, bu barədə Modern.az saytına verdiyi müsahibədə millət vəkili, YAP Veteranlar Şurasının təmsilçisi Tahir Rzayev məlumat verib.

 

Deputat vurğulayıb ki, atılacaq addımlar istintaq prosesinin gedişatından birbaşa asılı olacaq.

 

"Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən onun qanunsuz əməllərinin sübuta yetirilməsi barədə rəsmi təqdimat verilməlidir. Yalnız bundan sonra onun YAP-a və Veteranlar Şurasına üzvlüyünə birdəfəlik son qoyulmalıdır".

 

T.Rzayev əlavə edib ki, uzun illər ərzində yüksək postlarda çalışmış bir şəxsin bu cür hallara yol verməsi qəbuledilməzdir.

 

"Şübhəsiz, təhlükəsizlik xidmətlərinin malik olduğu faktları nəzərdən keçirdikdə aydın olur ki, Ramiz Mehdiyevin partiya sıralarında qalması qeyri-mümkündür. Hakim partiya bu məsələ ilə əlaqədar öz mövqeyini yaxın günlərdə açıqlayacaq", - deyə parlament üzvü fikrini tamamlayıb.