Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Prezident onlara ali xüsusi rütbələr verdi
siyasət

Prezident onlara ali xüsusi rütbələr verdi

12-02-2026 16:00 25 Просмотров
IMG

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

 

"Tvit.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Sərəncamla Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:

 

"2-ci dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi

 

Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi

 

"3-cü dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi

 

Nicat Şükür oğlu İmanov – Vergi siyasəti baş idarəsinin rəisi

 

Abbas Cəlil oğlu İsmayılov – Vergi auditi baş idarəsinin rəisi

 

Səməd Ədil oğlu Vəliyev – 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.

 

Dövlət başçısının imzaladığı digər sərəncamla Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif edilib:

 

"Tərəqqi" medalı ilə

 

Əliyev Nazim Kazım oğlu

 

1-ci dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə

 

Abbasov Etibar Akif oğlu

 

Bədəlova Zöhrə Əliriza qızı

 

Gözəlov Zülfi Məmməd oğlu

 

Həziyeva Gülçöhrə Hacıqulu qızı

 

Hüseynov Alı Hüseynqulu oğlu

 

İsgəndərov Nəsib Əli oğlu

 

Məmmədov Şahin Yusif oğlu

 

Rzayev Zamin Vahid oğlu

 

Səfərova Rəsmiyyə Suca qızı

 

3-cü dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə

 

Qasımlı Nuranə Nurəddin qızı

 

Qənbərov Zahid Paşa oğlu.