Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Prezident: "Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq"
siyasət

Prezident: "Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq"

04-02-2026 18:00 18 Просмотров
IMG

"Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə - red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik".


Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev"Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində bildirib.

 

"Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik", - deyə dövlətimizin başçısı vurğulayıb.