Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya İran MAQATE-nin yeni qətnaməsi olacağı təqdirdə nüvə proqramını dəyişəcəyini bildirib
dünya

İran MAQATE-nin yeni qətnaməsi olacağı təqdirdə nüvə proqramını dəyişəcəyini bildirib

16-11-2024 23:00 31 Просмотров
IMG

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının Tehranın düşmən hesab etdiyi qətnamənin qəbul edilməsinə cavab olaraq müvafiq tədbirlər görəcək.

Tvit.az xəbər verir ki,  bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

"Yaxınlarda [MAQATE] Rəhbərlər Şurasının iclası olacaq. Orada anti-İran qətnaməsinin qəbul ediləcəyi ehtimalı var. Əgər onlar bizim əleyhimizə qətnamə qəbul etsələr, İrandan proporsional cavab alacaqlar. Biz bunu edəcəyik. Bizim nüvə proqramımızla bağlı yeni tədbirlər görsünlər ki, bu da onların heç xoşuna gəlməyəcək”, - deyə Əraqçi İran Dövlət Teleradio Şirkətinin efirində bildirib. 

Aysel Şirinova