Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
şou-biznes

Hüseyn Həsənov həbs edildi

28-01-2026 14:00 40 Просмотров
IMG

Azərbaycan əsilli rusiyalı bloger Hüseyn Həsənov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Tvit.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Cənub İnzibati Dairəsi üzrə prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, Həsənova xüsusilə külli miqdarda cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (yuyulması) ittihamı qiyabi şəkildə irəli sürülüb. Məhkəmə onun barəsində qiyabi həbs qərarı çıxarıb, bloger axtarışa verilib.

İstintaq müəyyən edib ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Hüseyn Həsənov real gəlirlərini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan artıq vergi ödəməyib.

Prokurorluqdan bildirilib ki, cinayət yolu ilə əldə edilən pullara qanuni görüntü vermək məqsədilə bloger bir neçə maliyyə əməliyyatı aparıb və 1-ci Krasnoqvardeyski proyezdində yerləşən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlayıb. Sözügedən əməliyyatın ümumi məbləği 68 milyon rubldan çox olub.