Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenskidən Liviyadakı əməliyyatla bağlı etiraf
dünya

Zelenskidən Liviyadakı əməliyyatla bağlı etiraf

27-11-2026 23:00 41 Просмотров
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı zamanı ölkəsinin Liviyada, Benqazidəki obyektlərə hücumlarla bağlı son əməliyyatının Avropa tərəfdaşları ilə əvvəlcədən razılaşdırılmadığını təsdiqləyib.

 

Zelenski Kiyevin aidiyyəti qurumlar arasında zəruri məlumat mübadiləsini təmin etməyə, həmçinin Avropa ölkələri ilə birbaşa və müntəzəm əlaqələr qurmağa hazır olduğunu bildirib.

İtaliyanın xarici işlər naziri Antonio Tayani isə Zelenskinin bu etirafının Benqaziyə hücumlarla bağlı vəziyyətə aydınlıq gətirdiyini deyib.

Onun sözlərinə görə, İtaliya hökuməti baş verənlərlə bağlı parlamenti və KİV-i heç vaxt yanlış məlumatlandırmayıb. Tayani hökuməti və şəxsən onu ittiham edənləri də tənqid edərək, bu cür bəyanatların siyasi maraqlardan qaynaqlandığını bildirib.