Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Hakan Fidan: Məkkə ittifaqında regional təhlükəsizlik üzrə koordinasiya gücləndiriləcək
dünya

Hakan Fidan: Məkkə ittifaqında regional təhlükəsizlik üzrə koordinasiya gücləndiriləcək

27-11-2026 23:00 46 Просмотров
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yaradılan Məkkə ittifaqının Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci iclası ilə bağlı açıqlama verib.

 

Tvit.az xəbər verir ki, Fidan X sosial şəbəkəsindəki paylaşımında ittifaqın institusional potensialının gücləndirilməsi, regional təhlükəsizlik və sabitliyə töhfə verilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

 

Nazir qeyd edib ki, tərəflər arasında məsləhətləşmə və koordinasiyanın daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

 

Onun sözlərinə görə, görüşdə müdafiə alyansına yeni üzvlərin qəbul edilməsi üçün yol xəritəsi müzakirə olunub və üzvlüklə bağlı bir sıra prinsiplər üzrə razılıq əldə edilib.