Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək
СПОРТ

"Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

28-01-2026 09:00 39 Просмотров
IMG

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.

 

Tvit.az xəbər verir ki, qarşılaşma "Enfild" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.

 

Xatırladaq ki, Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. "Qarabağ" 10 xalla 18-ci sıradadır.