Gəncədə halı pisləşən 17 yaşlı məktəbli oğlan ölüb.
"Tvit.az"ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər rayon sakini 2009-cu il təvəllüdlü İ.Allahverdiyev huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanda müayinə zamanı onun öldüyü məlum olub.
İlkin məlumata görə, yeniyetmənin repetitor yanında hazırlıqda olan zaman halı pisləşib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.