Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница şou-biznes Məhkəmə Tolik barədə qərar verdi
şou-biznes

Məhkəmə Tolik barədə qərar verdi

02-12-2025 15:00 37 Просмотров
IMG

Bir müddət əvvəl Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdu. Şikayətçi olan məhbus ailəsi iddia edirdi ki, Tarix Əliyev TikTok sosial şəbəkəsində bütün məhbus ailələrinə qarşı nəlayiq ifadələr işlədib.

Tvit.az Patrul-a istinadən yazır ki, məsələ Nərimanov Rayon Məhkəməsində araşdırılıb və müəyyən edilib ki, Tarix Əliyev paylaşımında bütün məhbus ailələrini nəzərdə tutmayıb. Həmçinin onun hərəkətlərində cinayət tərkibinin olmadığına görə şikayətin icraata qəbul edilməsindən imtina edilib.

Tarix Əliyevin vəkili Ramil Vəliyev açıqlamasında bildirib ki, xüsusi ittihamçı həmin qərardan apellyasiya şikayəti verib. Apellyasiya instansiyası şikayəti araşdıraraq əsas görmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.