Əməkdar artist Vahid Əliyev vəfat edib.
Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrından məlumat verilib.
Xatırladaq ki, aktyor bir neçə il öncə infakt keçirmiş və daha sonra əməliyyat olunmuşdu.
Qeyd edək ki, Vahid Əliyev 7 fevral 1952-ci ildə Tovuzda anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib.
1975-ci ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrın aktyoru kimi fəaliyyət göstərən Vahid Əliyev 2011-ci ilin mayın Əməkdar artist fəxri adına layiq görülüb.