Gəncə şəhərində xəstəxanada ölüm faktı qeydə alınıb.
Tvit.az-ıın Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanada baş verib.
Belə ki, şəhərin Məhsəti qəsəbə sakini, 2006-cı il təvəllüdlü Ə.Abbasov huşsuz vəziyyətdə xəstəxanaya gətirilib.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.