Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı
turizm

16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

04-11-2025 20:00 27 Просмотров
IMG

Goranboy Rayon Polis Şöbəsinə rayonun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

 

Tvit.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

 

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.