Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ “Qarabağ” - “Çelsi” matçını Ərtəm Şənər şərh edə bilər
СПОРТ

“Qarabağ” - “Çelsi” matçını Ərtəm Şənər şərh edə bilər

04-11-2025 19:00 27 Просмотров
IMG

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçı “CBC Sport” telekanalı vasitləsilə canlı yayımlanacaq.

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, maraqla gözlənilən qarşılaşmanı televiziya ekranlarından izləyəcək azarkeşlər sürprizlə qarşılaşa bilər.

 

Belə ki, oyunu şərh edəcək isimlər arasında məşhur türkiyəli şərhçi Ərtəm Şənər də yer ala bilər.

 

Bununla bağlı hazırda “CBC Sport”la Ərtəm Şənərin Bakıya gəlişini təşkil edən “Sport TV” arasında danışıqlar gedir.

 

Ərtəm Şənər də danışıqlar olduğunu təsdiqləyib:

 

“Qarabağ”ın oyununu şərh etmək mənim çoxdankı arzumdur. Sabahkı qarşılaşmanı şərh etməyə çox isti yanaşıram. Amma əvvəlcə məsələ ilə bağlı təşkilatçı ilə razılaşma əldə olunmalıdır. Düşünürəm ki, məsələyə sabah tam aydınlıq gələcək”.

 

Qeyd edək ki, “CBC Sport”da yayımlanacaq qarşılaşmanı Pərviz Musayev şərh edəcək. Ərtəm Şənər məsələsi ilə bağlı razılaşma əldə olunsa, onlar matçı birgə şərh edəcəklər. Ərtəm Şənər isə matça qədər “Sport TV”nin efirində matçla bağlı şərhlərini bildirəcək.

 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş sabah saat 21:45-də start götürəcək.