Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Maştağada qətl törədən səxsə hökm oxundu
turizm

Maştağada qətl törədən səxsə hökm oxundu

03-11-2025 18:00 26 Просмотров
IMG

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Maştaga qəsəbəsində qətl törədən Rəşid Babayevə hökm oxunub.

"Tvit.az"ın məlumatına görə, məhkəmə Rəşid Babayevin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edilib.

Xatırladaq ki, hadisə 2024-cü ilin  mayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini 1974-cü il təvəllüdlü Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib və orada da həyatını itirib. 

Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü həmin qəsəbənin sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.