 
 Türkiyəli məşhur sənətçi Muazzez Abacı xəstəxanaya yerləşdirilib.
"Tvit.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin ürəyində problem olub. Belə ki, çərşənbə axşamı infarkt keçirdikdən sonra ona stent taxılıb.
M.Abacının hazırda səhhəti normaldır və müalicəsi xəstəxanada davam etdirilir.
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   