Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenski Ukraynada uzaq mənzilli raketlərin istehsalından danışıb
dünya

Zelenski Ukraynada uzaq mənzilli raketlərin istehsalından danışıb

23-10-2025 21:00 18 Просмотров
IMG

Ukrayna 3 min kilometr məsafədə hədəflərə çata bilən uzaq mənzilli raketlər istehsal edir.

Tvit.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Ukrayna istehsalının uzaq mənzilli imkanlarından açıq şəkildə istifadə olunur, biz onlardan istifadə edirik" deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna 150-3 min kilometr məsafəli raketlər istehsal etməyə qadirdir. O həmçinin qeyd edib ki, bu cür silahların kütləvi istehsalı üçün Kiyevin əlavə maliyyəyə ehtiyacı var.

Aysel Şirinova