Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Bu, regional təhlükəsizlik və sabitlik mühitinə təhdid yaradır" - Türkiyə XİN
dünya

"Bu, regional təhlükəsizlik və sabitlik mühitinə təhdid yaradır" - Türkiyə XİN

22-10-2025 23:00 14 Просмотров
IMG

İsrail parlamentinin (Knessetin) İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə öz suverenliyini şamil etməyi nəzərdə tutan qanun layihələrini ilkin oxunuşda qəbul etməsi bölgənin sabitliyinə təhdid yaradan bir təxribatdır.

Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyində bildirilib.

“İsrail parlamenti tərəfindən işğal olunmuş Qərb sahilinin ilhaqına yönələn addım beynəlxalq hüquqa ziddir və etibarsız sayılır. Qəzzədə sülhün bərpası üçün səylərin davam etdiyi bir vaxtda atılan bu təxribat xarakterli addım onsuz da kövrək olan regional təhlükəsizlik və sabitlik mühitinə təhdid yaradır”, - deyə nazirliyin bəyanatında qeyd olunub.

Aysel Şirinova