Bir sıra Avropa ölkələri Ukrayna münaqişəsi çərçivəsində atəşkəs variantlarını Kiyevlə müzakirə edir.
Tvit.az xəbər verir ki, bu barədə Politico nəşri yazıb.
Məqalədə deyilir ki, Ukrayna rəsmiləri ilə onların London, Paris, Brüssel və digər paytaxtlardakı həmkarları arasında ABŞ prezidentinin dəstəyini qazana biləcək atəşkəs variantları barədə müzakirələr aparılır.
Bundan əvvəl ABŞ lideri Donald Tramp Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən Ukrayna münaqişəsində atəşkəsin əldə olunacağına inandığını bildirib.
Reuters agentliyi isə yazıb ki, Rusiyanın atəşkəslə bağlı mövqeyi Macarıstanda keçiriləcək sammiti təhlükə altına qoyur.
Aysel