Oktyabrın 14-dən 20-dək Rusiyada qiymətlər 0,22% bahalaşıb.
Tvit.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Məlumata görə, ayın əvvəlindən artım 0,63%, ilin əvvəlindən isə 4,95% təşkil edib.
Əvvəlki həftədə inflyasiya 0,21%, ondan əvvəlki həftədə isə 0,23% idi. Beləliklə, son üç həftədə qiymət artımı ardıcıl olaraq 0,2%-dən çox olub.
Bu səviyyə sonuncu dəfə fevralda qeydə alınmışdı (iyulda kommunal tariflərə görə müvəqqəti sıçrayış istisna olmaqla). Oktyabrın ortalarında inflyasiyaya əsas təsiri meyvə-tərəvəz məhsulları göstərib — bu məhsullar orta hesabla 1,9%, pomidorlar isə 6,2% bahalaşıb. Ümumilikdə ərzaq məhsullarında qiymət artımı 0,32%, qeyri-ərzaq mallarında isə 0,29% olub.
Aysel Şirinova