BMT-nin Baş katibi Antonio Quterreş İranda insan haqları sahəsində vəziyyətin kəskin şəkildə pisləşdiyini bildirərək, bununla bağlı narahatedici məqamları özündə əks etdirən yeni hesabatı BMT Baş Assambleyasına təqdim edib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, 2025-ci ilin ilk altı ayında İranda azı 612 nəfər dar ağacından asılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119 faiz artım deməkdir.
Quterreşin sözlərinə görə, İran hakimiyyəti ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq çağırışlara məhəl qoymur.
Elmin Alışov