Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Avropa İttifaqının iki ölkəsi Rusiyaya qarşı məhkəmədə iştirak etməkdən imtina edib
dünya

Avropa İttifaqının iki ölkəsi Rusiyaya qarşı məhkəmədə iştirak etməkdən imtina edib

20-10-2025 22:00 13 Просмотров
IMG

Macarıstan və Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı tribunalın yaradılması təşəbbüsündə iştirak etməkdən imtina ediblər.

Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Budapeşt və Bratislava Avropa İttifaqının xarici siyasət xidmətinə Rusiyaya qarşı tribunalın yaradılmasında iştirak etməmək niyyətində olduqlarını bildiriblər", - deyə məlumatda bildirilib.

Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaja Kallas Avropa İttifaqının 25 ölkəsinin Ukrayna ilə bağlı Rusiyaya qarşı "xüsusi tribunalda" iştirak etmək istədiyini açıqlayıb. O, bu ölkələrin adlarını, eləcə də iştirak etməkdən imtina edənlərin adını açıqlamayıb.