Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Tələbələr üçün kirayə tapmaq çətinləşəcək - EKSPERT
sosial

Tələbələr üçün kirayə tapmaq çətinləşəcək - EKSPERT

09-09-2025 20:00 278 Baxış
IMG

"Artıq Bakının baş planı təsdiq olunub. 2040-cı ilədək fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri və istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binalarının böyük bir hissəsinin sökülməsi onu deməyə əsas verir ki, Yaxın gələcəkdə paytaxtdakı kirayə mənzillərin aylıq icarə qiymətləri hazırki qiymətlərdən daha baha qiymətə təklif olunacaq. Bu da gələcəkdə, xüsusən də tələbələrin mənzil tapmalarına ciddi problemlər yaradacaq". 

Bu sözləri Tvit.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib.

Əmlak eksperti bildirib ki, Ali təhsil müəssisələrinin böyük bir hissəsinin Yasamal rayonu ərazisində yerləşməsi tələbələri daha çox bu əraziyə cəlb edir ki, Yasamal rayonu, xüsusən də tələbələrin kirayə mənzil axtardığı Nizami, Nərimanov, Nəsimi rayonlarında söküntünün ciddi getməsi bu ərazilərdə kirayə qiymətlərinin artmasına gətirib çıxarır.

"Tələbələr məcburən Bakı ətrafı ərazilərə üz tuturlar ki, həmin Bakı ətrafı Abşeron, Xırdalan və Masazırda mənzillərin kirayə qiymətləri Bakıya nisbətdə daha ucuz olur. Bu ərazilərə üz tutma zamanı isə tələbələr günlərinin bir neçə saatını yolda sərf etmiş olur. Bununla belə yol xərcləri bir qədər artır. Bu problemlərin həlli yolu bir zamanlar mövcud olan tələbə yataqxanalarının hazırkı dövrdə yaşamaq üçün yararsızdır. Yəni bir əmlakın satış qiyməti 100 min manat təşkil edirsə, onun icarə qiyməti ortalama 500 manatdır".

Elnur Fərzəliyev mənzillərin satış və kirayə qiymətlərdindən də bəhs edərək bildirib ki, kirayə qiymətləri  satış qiymətlərinin 0.5% nisbəti təşkil edir:

“Son illər daşınmaz əmlaklardakı satış qiymətlərinin artımı birmənalı olaraq kirayə mənzillərin artmasına gətirib çıxarır. Başqa bir tərəfdən isə paytaxt Bakı şəhərində baş verən söküntülər səbəbindən artıq köhnə çoxmənzilli yaşayış binalarının bir hissəsinin və yaşayış massivlərinin sökülməsi həmin ərazilərdə mövcud kirayəlik mənzillərin kirayə bazarına çıxmasına səbəb olur. Digər tərəfdən isə evləri sökülən mənzil sahibləri, paytaxt sakinləri özləri onları yeni tikili binalardan mənzillər verilən günə qədər kirayə çıxmaq məcburiyyətində qalırlar ki, bu da paytaxt ərazisindəki kirayəlik mənzillərin böyük bir hissəsinin paytaxt sakinləri tərəfindən kirayə verilməsinə gətirib çıxarır. Başqa bir tərəfdən isə sökülən hər köhnə çoxmənzilli yaşayış binaları yenidən inşa olunan yeni çoxmənzilli yaşayış binasındakı mənzillərin kirayə qiymətləri köhnə binalardan demək olar ki, 2 qat baha təklif olunur".

Ekspertin sözlərinə görə, keçmiş tələbə yataqxanaları sökülərək daha müasir hündürmərtəbəli yataqxanalar inşa etməklə tələbələrin böyük bir qisminin problemlərini aradan qaldırmaq mümkün olar. Tələbələrin mənzil problemləri həll olarsa və yataqxanalar inşa olunarsa, bu zaman paytaxtda mövcud kirayə mənzillərin qiymətlərində stabilləşmə, hətta enmələr belə mümkün ola bilər.

Elmin Alışov