13 C
Baku
Çərşənbə axşamı, May 7, 2024

Bizə yaz

Azərbaycana idxal ediləcək ət və ət məhsulları ilə bağlı yeni tələb qoyulub

Azərbaycana idxal ediləcək ət və ət məhsulları ilə bağlı yeni tələb qoyulub.

Tvit.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nda əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli ət, toyuq və hindişka məhsulları aşağıdakılardır:

Sıra№-siMalların adları və ya kateqoriyalarıXİF MNüzrə kod
1.İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş cəmdəkləri və şaqqaları0201 10
2.İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş sümüklü parçaları0201 20
3.İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş sümüksüz parçaları0201 30
4.İribuynuzlu mal-qara ətinin dondurulmuş cəmdəkləri və şaqqaları0202 10
5.İribuynuzlu mal-qara ətinin dondurulmuş sümüklü digər parçaları0202 20
6.İribuynuzlu mal-qara ətinin dondurulmuş sümükdən ayrılmış əti0202 30
7.Təzə və ya soyudulmuş donuz ətinin cəmdəkləri və şaqqaları0203 11
8.Təzə və ya soyudulmuş donuz ətinin sümüklü budları, kürəkləri və onların parçaları0203 12
9.Təzə və ya soyudulmuş donuz ətinin digər hissələri0203 19
10.Dondurulmuş donuz ətinin cəmdəkləri və şaqqaları0203 21
11.Dondurulmuş donuz ətinin sümüklü budları, kürəkləri və onlardan parçalar0203 22
12.Dondurulmuş donuz ətinin digər hissələri0203 29
13.Təzə və ya soyudulmuş quzu ətinin cəmdəkləri və şaqqaları0204 10
14.Təzə və ya soyudulmuş qoyun ətinin cəmdəkləri və şaqqaları0204 21
15.Təzə və ya soyudulmuş qoyun ətinin digər sümüklü parçaları0204 22
16.Təzə və ya soyudulmuş sümüksüz qoyun əti0204 23
17.Dondurulmuş quzu ətinin cəmdəkləri və şaqqaları0204 30
18.Dondurulmuş qoyun ətinin cəmdəkləri və şaqqaları0204 41
19.Dondurulmuş qoyun ətinin sümüklü digər parçaları0204 42
20.Dondurulmuş sümüksüz qoyun əti0204 43
21.Təzə, soyudulmuş və ya dondurulmuş keçi əti0204 50
22.Atların, ulaqların, qatırların və ya at qatırlarının təzə, soyudulmuş və ya dondurulmuş əti0205 00
23.İribuynuzlu mal-qaranın təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları0206 10
24.Dondurulmuş iribuynuzlu mal-qaranın dilləri0206 21
25.Dondurulmuş iribuynuzlu mal-qaranın qaraciyəri0206 22
26.Dondurulmuş iribuynuzlu mal-qaranın qida üçün yararlı olan ətinin digər əlavə məhsulları0206 29(0206 29100 0istisna olmaqla)
27.Donuzların təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları0206 30
28.Donuzların dondurulmuş qaraciyəri0206 41
29.Donuzların dondurulmuş qida üçün yararlı olan ətinin digər əlavə məhsulları0206 49
30.Qoyunun, keçinin, atların, ulaqların, qatırların və at qatırlarının təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları0206 80(0206 80100 0istisna olmaqla)
31.Qoyunun, keçinin, atların, ulaqların, qatırların və at qatırlarının dondurulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları0206 90(0206 90100 0istisna olmaqla)
32.Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti0207 11
33.Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti0207 12
34.Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları0207 13
35.Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları0207 14
36.Hindtoyuğunun hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti0207 24
37.Hindtoyuqlarının hissələrə ayrılmamış dondurulmuş əti0207 25
38.Hindtoyuğunun təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları0207 26
39.Hindtoyuğunun dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları0207 27
40.Ördəklərin hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti0207 41
41.Ördəklərin hissələrə bölünməmiş, dondurulmuş əti0207 42
42.Ördəklərin təzə və ya soyudulmuş yağlı qaraciyəri0207 43
43.Ördəklərin təzə və soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları0207 44
44.Ördəklərin dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları0207 45
45.Qazların hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti0207 51
46.Qazların hissələrə bölünməmiş, dondurulmuş əti0207 52
47.Qazların təzə və ya soyudulmuş yağlı qaraciyəri0207 53
48.Qazların təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları0207 54
49.Qazların dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları0207 55
50.Firəngtoyuqlarının təzə, soyudulmuş və yadondurulmuş əti və qida üçün yararlı ətin əlavə məhsulları0207 60
51.Evdovşanlarının və ya dovşanların təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları0208 10
52.Primatların təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları0208 30
53.Balinaların, delfinlərin və dəniz donuzlarının (Cetacea məməlilər dəstəsi), lamantinlərin və dyoqonların (Sirenia məməlilər dəstəsi), suitilərin, dəniz şirlərinin və morjların (Pinnipedia yarımdəstəsinin məməliləri) təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qidaüçün yararlı olan əlavə məhsulları0208 40
54.Sürünənlərin (ilanlar və tısbağalar da daxil olmaqla) təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları0208 50
55.Dəvələrin və dəvəkimilər fəsiləsinin digər heyvanlarının (Camelidae) təzə, soyudulmuş və ya0208 60
dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları
56.Təzə, soyudulmuş və ya dondurulmuş digər ətlər və ətin qida üçün yararlı olan əlavə məhsulları (ev göyərçinləri, ov heyvanları, şimal maralı və digərləri)0208 90
57.Əridilməmiş və ya digər üsulla hasil edilməmiş, təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş yavan ətdən ayrılmış donuz piyi0209 10
58.Əridilməmiş və ya digər üsulla hasil edilməmiş, təzə, soyudulmuş, dondurulmuş, duzlu və ya duzlu suda olan qurudulmuş və ya hisə verilmiş yavan ətdənayrılmış ev quşunun piyi0209 90
59.Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin sümüklü budları, kürəkləri və onların parçaları0210 11
60.Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin döş hissəsi və onun parçaları0210 12
61.Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin digər hissələri0210 19
62.Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş, sümüklü və ya sümüksüz iribuynuzlu mal-qara əti0210 20

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR