19 C
Baku
Bazar, May 19, 2024

Bizə yaz

Ərdoğan və HƏMAS lideri arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə hərəkatın Qəzzada atəşkəsə razılıq verməsindən sonra telefon danışığı aparıb.

Tvit.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsində yazıb. 

  • “Nazirlər Kabinetinin iclasından əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığımız olub. Danışıqlar zamanı biz Qəzzada münaqişə və zorakılığa son qoymaq səylərini müzakirə etdik. Vasitəçilərdən alınan atəşkəs təklifini Həmas-ın bəyənməsini qiymətləndirdik. Danışıqlar zamanı HƏMAS-ın Türkiyənin təkliflərini nəzərə alaraq qəbul etdiyi qərarı müsbət qarşıladığımız bildirdim və İsrailin də daimi atəşkəs üçün addımlar atmalı olduğunu vurğuladım”, – Ərdoğan vurğulayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR