15 C
Baku
Bazar ertəsi, May 6, 2024

Bizə yaz

İctimai asayişə nəzarət edən avtomobil istifadəyə verildi

Daşkənddə ictimai asayişə nəzarət edən robot test rejimində fəaliyyətə başlayıb.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Məlumata əsasən, Hadisə şahidləri paytaxt küçələrində kamera və sayrışan işıqlarla təchiz edilmiş dörd təkərli robotu müşahidə ediblər. Bildirilib ki, robot profilaktika üzrə müfəttiş köməkçisi funksiyalarını yerinə yetirir. O, şəhərlərdə və kənd yerlərində cinayətlərin qarşısının alınması üçün nəzərdə tutulub. Dörd təkərli köməkçi GPS sistemi, qeyd funksiyasına malik yüksək ayırdetməli 180 və 360 dərəcə kameralar ilə təchiz edilib. Mayak pozuntular barədə xəbərdarlıq etmək üçün hazırlanıb.

Maşın bütün növ pozuntuları, hətta zibilləri yanlış yerə atmağı belə qeyd edə bilir. Onlar haqqında məlumatlar profilaktika müfəttişinin planşetinə göndərilir. Xatırladaq ki, robot istehsalı üzrə aparıcı şirkət NUWA Robotics Özbəkistanda ofis açmağı planlaşdırır.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR