26 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Messi “Barcelona”ya qayıdır

“Barselona” bosslarının Leonel Messi sevdası bitmək bilmir. Bir zamanlar Leonun tələb etdiyi məvacibi verməyərək yola salan klub rəhbərliyi deyəsən əməlinə peşmandır.

Tvit.az xəbər verir ki, Baş məşqçi Xavi ilə danışıqlar zamanı rəhbərlik Messini yenidən komandadan görmək istədiklərini bildiriblər. Əlbəttə ki, bu təklif hazırda leo ilə dostluq münasibətləri olan Xavinin də ürəyincə olub. Xavi Messi ilə danışıqlar aparılacağını desə də bu keçidin qış transfer pəncərəsindən tez olacağı gözlənilmir. Çünki bir müddət əvvəl Messi noyabrda Qətərdə baş tutacaq Dünya çempionatı başa çatana qədər hər hansı bir klubla danışıq aparmayacağını və hazırda bütün fikrini Argentina millisinin mundialda çıxışına yönəltdiyini deyib. Üstəlik Messinin PSJ ilə mövcud müqaviləsi 2023-cü ilin yayına qədərdir.

“Barselona”nın isə 5-6 aya görə Fransa nəhənginə təzminat ödəməkdənsə Messini azad agent kimi komandaya gətirmək istəyəcəyi də gün kimi aydındır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR