Rusiyanın şərqindəki Kamçatka yarımadasında 8,8 bal gücündə zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Açıqlamada zəlzələnin 20 kilometr dərinlikdə baş verdiyi qeyd olunub və zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Ölənlər və yaralananlar barədə ətraflı məlumat verilməyib.
Elmin Alışov