Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ağdam və Xocavənd rayonlarında açıq ərazilərdə yanğın başlayıb
turizm

Ağdam və Xocavənd rayonlarında açıq ərazilərdə yanğın başlayıb

24-07-2025 22:00 48 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Tvit.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

 

Əlavə məlumat veriləcək.