Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İsrail ilə Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edilib
dünya

İsrail ilə Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edilib

23-07-2025 22:00 35 Views
IMG

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Kiyevdə səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar ilə Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə etdiyini bildirib.

Tvit.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb. 

Zelenski Saarın səfərinə və İsrailin Ukrayna və ukraynalılara dəstəyinə görə minnətdarlığını bildirib.

Məlumata görə, tərəflər ilk növbədə iqtisadi və müdafiə sektorlarında əməkdaşlığı, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini və birgə silah istehsalı imkanlarını müzakirə edib.

Aysel Şirinova