Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Şəmkirdə Milli Qəhrəmanın adını daşıyan kənddə içməli su problemi həll olunub Şəmkirdə Milli Qəhrəmanın adını daşıyan kənddə içməli su problemi həll olunub
turizm

Şəmkirdə Milli Qəhrəmanın adını daşıyan kənddə içməli su problemi həll olunub Şəmkirdə Milli Qəhrəmanın adını daşıyan kənddə içməli su problemi həll olunub

15-07-2025 22:00 74 Views
IMG

Şəmkirin İsgəndərli kəndində içməli su problemi uzun müddətdən sonra həll olunub.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, kənd sakinlərinin içməli suya olan tələbatının tam ödənilməsi üçün kəndin mərkəzində 30 ton tutumlu yeraltı beton su anbarı inşa edilib.

 

Eyni zamanda bir ədəd müasir tipli sutəmizləyici qurğu, iki ədəd yüksək təzyiqli nasos quraşdırılaraq, anbarın yanında bulaq kompleksi də inşa edilib.

 

Qeyd edək ki, kənd Milli Qəhrəman İsgəndər Aznaurovun adını daşıyır.