Ukrayna prezidenti Vladimir Zelenski ABŞ senatorlarından kəşfiyyat paylaşımı və silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün Tramp administrasiyasına təzyiq göstərmələrini istəyib.
Tvit.az bu barədə “Axios” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Ukrayna lideri senatorları Starlink və Starshield peyk sistemlərinin istifadəsinə qoyulan davam edən məhdudiyyətlər barədə məlumatlandırıb.
Elmin Alışov