Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda bu peyvəndin tətbiq edilməsi müzakirə olunur
sosial

Azərbaycanda bu peyvəndin tətbiq edilməsi müzakirə olunur

15-07-2025 11:00 33 Views
IMG

"Uşaqlıq boynu xərçənginə qarşı HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi ilə müzakirələr aparırıq. Nazirlik bu peyvəndin tətbiq olunması ilə bağlı müsbət mövqedədir".

"Tvit.az" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O hazırda ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən əhalinin HPV vaksini ilə əlaqədar fikirlərini öyrənmək üçün sorğunun aparıldığını bildirib.

H.Harmancı qeyd edib ki, bu sorğu nəticəsində əhalidən HPV peyvəndi ilə bağlı alınan rəylər önəmli olacaq: "HPV vaksini uşaqlıq boynu xərçəngindən qorunmaq üçün çox vacibdir. Hesab edirəm ki, bir neçə il ərzində bu vaksinin tətbiqi Azərbaycanda dövlət proqramına salına bilər".