Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
sosial

Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib

14-07-2025 23:00 31 Views
IMG

Xalq artisti Zaur Rzayev Dövlət Gömrük Hospitalına yerləşdirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə millət vəkili Rəşad Mahmudov "Facebook" hesabında paylaşım edib.

 

"Zaur Rızayev hal-hazırda xəstəxanamızda müalicə alır. Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqətindədir. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi Anar Ələkbərovun, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir. Mən də bu gün dəyərli sənətkarımızı ziyarət etdim. Müalicə ilə əlaqəli tövsiyələrimi verdim", - deputat qeyd edib.