Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Suriyanın cənubundakı toqquşmada ölənlərin sayı
dünya

Suriyanın cənubundakı toqquşmada ölənlərin sayı

14-07-2025 18:00 31 Views
IMG

Suriyanın cənubunda əsasən druzların yaşadığı Sveyda şəhərində bədəvi qəbilələri ilə yerli döyüşçülər arasında baş verən toqquşmalarda 37 nəfər həlak olub.

Tvit.az “The Times of İsrael”ə istinadən xəbər verir ki, bu toqquşmalar aprel və may aylarında druz icmasının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında onlarla insanın ölümünə səbəb olan döyüşlərdən sonra bölgədə ilk ölümcül zorakılıq hadisəsidir.

Suriya İnsan Haqları Müşahidə Qrupu ikisi uşaq olmaqla 27-si druz və 10-u bədəvi olmaqla ən azı 37 nəfərin öldürüldüyünü bildirib.

Aysel Şirinova