Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Türkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb, onlarla insan zəhərlənib
dünya

Türkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb, onlarla insan zəhərlənib

13-07-2025 10:00 32 Views
IMG

Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb.

Bu barədə “Report” “Hürriyet”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib.

Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.