Fransanın cənubundakı Bouches-du-Rhone departamentinin Pennes-Mirabeau qəsəbəsində baş verən və hələ də davam edən yanğında 750 hektardan çox meşə sahəsi külə dönüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yanğının söndürülməsi üçün bölgəyə 800-dən çox yanğınsöndürən, 250 yanğınsöndürən maşını, 6 yanğınsöndürən təyyarə və 7 helikopter göndərilib.
Davam edən yanğın nəticəsində 10 ev külə dönüb, 71 tikili, 2 anbar və 15 avtomobilə ziyan dəyib.
Elmin Alışov