Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ağdam-Füzuli yolunda mikroavtobus aşıb - Çox sayda xəsarət alan var
sosial

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb - Çox sayda xəsarət alan var

09-07-2025 09:00 40 Views
IMG

Bu gün Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində Ford markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Tvit.az"a verilən məlumata görə, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.