Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapılıb
turizm

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapılıb

08-07-2025 22:00 21 Views
IMG

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.


Faktla bağlı araşdırmaya başlanılıb.