Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Rubio: Ümid edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə bağlanacaq
sosial

Rubio: Ümid edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə bağlanacaq

08-07-2025 22:00 27 Views
IMG

ABŞ yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunacağına ümid edir.

 

Tvit.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.


“Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq”, - o bildirib.

 

Rubio həmçinin, Hindistanla Pakistan, Konqo DR ilə Ruanda arasında münaqişənin sona çatmasından danışıb. Bununla yanaşı, İranın nüvə proqramı ətrafındakı vəziyyətə toxunub.