Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Çimərlikdə tikinti aparan şəxs cəzalandırıldı
sosial

Çimərlikdə tikinti aparan şəxs cəzalandırıldı

07-07-2025 17:00 27 Views
IMG

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji cinayətlərin və inzibati xətaların qarşısının alınması məqsədilə tədbirlər keçirilir.

"Tvit.az" xəbər verir ki, paytaxtın Xəzər rayonunda keçirilən növbəti tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub.

Özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.