Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yeni Ələt–Astara magistralında Cəlilabad rayonu ərazisində baş verib.
Astara istiqamətində hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarına aşıb.
Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.