Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ 100 ölkəyə qarşı 10 faizlik gömrük rüsumu tətbiq edəcək
dünya

ABŞ 100 ölkəyə qarşı 10 faizlik gömrük rüsumu tətbiq edəcək

03-07-2025 23:00 28 Views
IMG

 Vaşinqtonla ticarət danışıqlarını dürüst şəkildə aparan təxminən 100 ölkəyə qarşı 10 faiz həcmində gömrük rüsumu tətbiq ediləcək. 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skott Bessent bildirib. 

Nazirin sözlərinə görə, Prezident Donald Tramp dürüst ticarət danışıqları aparan ölkələri təşviq etmək niyyətindədir.

“Düşünürəm ki, təxminən 100 ölkə 10 faizlik minimal rüsumla üzləşəcək. Daha sonra vəziyyətə baxacağıq”, – deyə Bessent qeyd edib.

O əlavə edib ki, iyulun 9-dək ABŞ-ın digər ölkələrlə bir sıra razılaşmalar əldə edəcəyi gözlənilib.

Xatırladaq ki, bundan öncə ABŞ Nümayəndələr Palatası Prezident Trampın vergi və dövlət xərclərinə dair 4,5 trilyon dollarlıq layihəsini 218 səs lehinə, 214 səs əleyhinə olmaqla qəbul edib.

Aysel Şirinova