İrana qarşı sanksiyaların bərpasının vaxtı gəlib çatıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Estoniyanın paytaxtı Tallinndə keçirilən mətbuat konfransında deyib.
“Bu gün İran hökuməti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırdığını açıqlayıb. Beynəlxalq ictimaiyyət İranın yaratdığı nüvə təhlükəsinə qarşı təcili tədbirlər görməlidir",- deyə nazir bildirib.
Elmin Alışov