Polşanın Ali Məhkəməsi prezident seçkilərində 50 faizdən çox səs toplayan namizəd Karol Navroçkinin qələbəsini təsdiqləyib.
Tvit.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məhkəmə seçkinin nəticələri ilə razılaşmayan seçicilərin etirazlarına baxıb.
Polşanın dövlət seçki komissiyasının sədri Silvestr Marçiniak da məhkəmə iclasında bildirib ki, səsvermə zamanı heç bir qanun pozuntusu aşkar edilməyib. Lakin Polşanın ədliyyə naziri, baş prokuror Adam Bodnarın sözlərinə görə, “çoxsaylı qanun pozuntuları” ilə əlaqədar seçkilərin nəticələrinin təsdiqinin mümkünlüyü barədə sual yaranır.
Buna baxmayaraq, məhkəmənin nəzarət palatası siyasətçinin bu vəzifəyə seçilməsinin qanuniliyini təsdiq edən qərardad çıxarıb.
Aysel Şirinova