Qarabağ Dirçəliş Fondu tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender "Qarabağ Gecəsi" xeyriyyə konsertinin təşkil edilməsi xidmətinin satınalınması ilə bağlı idi. Tenderin qalibi "Setline" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 35 min 806 manat təşkil edib.