Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Mərcan" klinikasında daha bir ölüm - Prokurorluq araşdırmaya başladı (VİDEO)
sosial

"Mərcan" klinikasında daha bir ölüm - Prokurorluq araşdırmaya başladı (VİDEO)

18-06-2025 12:00 20 Views
IMG

Rusiya vətəndaşı olan qadın Bakıda özəl klinikaların birində abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

"Tvit.az" xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb.

Hadisənin iyunun 11-i “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan əməliyyat nəticəsində baş verdiyi bildirilib. Vəfat edən 37 yaşlı Arzu Sadıqovanın ailəsi onun ölümündə həkimi günahlandırıb.

Mərhumun anasının iddialarına görə, övladının liposaksiya əməliyyatı etdirmək niyyəti olmayıb: “Onu bu əməliyyata cərrah Nigar Məmmədova təhrik edib. Eyni zamanda bu həkim qızımı prosesə hazırlıqsız götürüb”.

A.Sadıqovanın dayısı isə bildirib ki, mərhum Rusiya vətəndaşı olub, anası ilə Bakıya istirahətə gəlibmiş.

Məsələ ilə bağlı həkim Nigar Məmmədova isə bildirib ki, Arzu Sadıqova üzərində həyata keçirilən “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika, həmçinin abdominoplastika” əməliyatından sonra pasiyentdə tibbdə tanınan ağırlaşma - emboliya halı müşahidə olunub: “Bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat müvafiq tibbi protokollara uyğun şəkildə icra edilib. Hadisənin dəqiq səbəbləri aparılacaq müvafiq ekspertizadan sonra tam müəyyən olunacaq”.

Sözügedən klinikadan isə qeyd olunub ki, ekspertiza rəyi açıqlandıqdan sonra məlumat veriləcək.

Hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.